Landmark I 1903-1909 illərində təsis edilmiş və 1997-1998-ci illərdə tarixiliyini qorumaq şərti ilə müasir üslübda təmir edilmişdir.
Altı mərtəbəli çoxməqsədli ofis binası hər növ təşkilat üçün ideal yer təklif edir: dövlət və özəl təşkilatlar, kiçik, orta və böyük şirkətlər.
Birinci mərtəbədə 24 saat işləyən qeydiyyat şöbəsi yerləşir. Binanın hər mərtəbəsində liftlər, 3 restoran, 24/7 təhlükəsizlik xidməti mövcuddur. Ofis mərtəbələrinə giriş/çıxış üçün təmassız kart sistemi, binanın daxilində və xaricində giriş və çıxışlar 24/7 video müşahidə aparılır və icarəçilər üçün parkinq ilə təchiz olunmuşdur.